Rusiyanın müdafiə naziri Sergey Şoyqu müavinləri, Rusiya Silahlı Qüvvələrinin baş komandanları və komandirləri ilə Rusiya prezidentinin silahlı qüvvələrin sayının 1,5 milyon hərbçiyə çatdırılması barədə qərarının icrası ilə bağlı müşavirə keçirib. 

İslam313.infp-nun “RT”yə istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Şoyqu  diqqəti xüsusilə ona yönəldib ki, bütün fəaliyyətlər Rusiya Silahlı Qüvvələrinin tərkibini və gücünü artırmaq üçün Kompleks planda birləşdirilməlidir”, deyə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Yanvarın 1-dən Rusiya prezidenti Vladimir Putinin ölkənin silahlı qüvvələrinin şəxsi heyətinin artırılması ilə bağlı fərmanı qüvvəyə minib.

İslam313.info

By Admin