NATO-nun baş katibi Yens Stoltenberq Çin və Rusiya əməkdaşlığında Qərb ölkələri üçün təhlükə görüb.

Islam313.info “SalamNews”a istinadən xəbər verir ki, baş katibin çıxışının mətni alyansın saytında dərc edilib. 

“Onları fərqli dünya nizamı istəyi birləşdirir. Fakt budur ki, onlar bizim dəyərlərimizi bölüşmürlər və azadlıq və demokratiyaya olan inamımızı pozan maraqları müdafiə etməyə çalışırlar”, deyə Stoltenberq bildirib. 

Onun sözlərinə görə, Pekinin Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatı müzakirə etməkdən imtina etməsi iki ölkə arasında əməkdaşlığın başlanmasının əsas sübutudur. 

Stoltenberq əlavə edib ki, Çin və Rusiya arasında iqtisadi əməkdaşlıq genişlənir. Bundan başqa, Çin Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatı pisləməyib

Islam313.info

By Admin