Əfqanıstandakı Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahid və Türkiyənin Kabildəki səfiri görüşərək, iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

İslam313.info “Az.rasthaber.com” a istinadən xəbər verir ki, Zəbihullah Mücahid və Cihad Ergin dünənki görüşdə Əfqanıstan və Türkiyə münasibətlərini tarixi və yaxşı adlandırıb və iki ölkə arasında əlaqələrin güclənməsini və genişlənməsini vurğulayıblar.

Bu görüşdə Zəbihullah Mücahid son vaxtlar Taliban nümayəndə heyətinin Türkiyə tərəfindən müsbət qarşılanmasından məmnunluğunu ifadə edərək, türk xalqının əfqanlarla dostluğunu, bu ölkənin iş adamları və sənayeçilərinin Əfqanıstana sərmayə qoymağa marağını yüksək qiymətləndirib.

Bu görüşdə Türkiyənin Kabildəki səfiri Ankaranın Əfqanıstanla əlaqələrin gücləndirilməsində maraqlı olduğunu vurğulayıb.

İslam313.info