İslam313.info “Az.shafaqna.com” a istinadən xəbər verir ki, ABŞ-ın sabiq Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin hazırkı ritorika və müxtəlif tərəflərin hərəkətləri üzündən bu ölkənin tam məhvinə, milyonlarla insanın ölümünə səbəb olacağına, üçüncü dünya müharibəsi ilə nəticələnə biləcəyinə dair narahatlığını ifadə edib və bildirib ki, hazırda bütün səylərdanışıqlara yönəldilməlidir.

Rusiya Ukraynada xüsusi əməliyyatı başlayandan bəri ABŞ və Qərb ölkələri Ukraynaya hərbi yardım göstərərək, eyni zamanda Rusiya Federasiyasına qarşı bir neçə sanksiya paketi tətbiq ediblər. May ayında ABŞ prezidenti Co Bayden Ukraynaya 40 milyard dollarlıq hərbi, iqtisadi və humanitar yardım haqqında qanunu imzalayıb. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev daha əvvəl demişdi ki, Rusiyanın silah arsenalı “özünün və başqalarının əli ilə üçüncü dünya müharibəsini başlatmağa hazır olanların ambisiyalarını soyudur, biz belə bir vəziyyətin yaranmasına yol verməyəcəyik”.

Trampın sözlərinə görə, Ukrayna hazırda “məhv edilir” və bunun səbəbi “dediklərimizin və etdiklərimizin axmaqlığıdır”.

Vayominq ştatındakı mitinqdə çıxış edərkən Tramp bunları söyləyib: “Milyonlarca (itirilmiş) həyatla nəticələnəcəksiniz. Hətta üçüncü Dünya Müharibəsi ilə nəticələnə bilərsiniz. Yeri gəlmişkən, dediklərimizin, etdiklərimizin axmaqlığına görə hadisələr üçüncü Dünya Müharibəsi ilə nəticələnə bilər”.

ABŞ-ın eks-prezidenti bəyan edib ki, Ukraynanı “parçalayırlar” və “heç birimiz münaqişədə bu qədər ölüm halı görməmişdik. Bu, dəhşətdir və heç bir qalib olmayacaq… Onlar danışıqlar masasına qayıtmalıdırlar”, – deyən Tramp əlavə edib ki, bunun alternativi belə olacaq: “Sonunu onunla bitirəcəksiniz ki, orada heç nə olmayacaq”.

Onun fikrincə, Çin Ukraynada baş verənləri izləyir, gördükləri isə onu Tayvana hücum etməkdən saxlayır. ABŞ-ın keçmiş prezidenti iddia edir ki, onun aqressiv hərəkətlərə qarşı xəbərdarlıq etdiyi iddia edilən Çin və Rusiya liderləri ilə söhbətləri olub. “Dedim ki, əgər bunu etsəniz, sizi çox sərt vuracağıq. Hər ikisi mənə belə cavab verdi:” Doğrudanmı?” Mənə inandıqlarına tam əmin deyiləm, amma bir növ mənə inandılar. Onların tamamilə inanmaqları lazım deyildi. Əgər onlar 5%-ə inansaydılar, bu, kifayət edərdi”, – deyə Tramp bildirib.

O, 21-ci əsrdə Rusiyanın silahlı münaqişələrə girmədiyi yeganə ABŞ prezidenti olduğunu, Corc Buşun dövründə “Gürcüstanı, Barak Obamanın dövründə Krımı, Co Baydenin dövründə isə “hər şeyi itirdiklərini” qeyd edib.”

İslam313.info