Türkiyə İrana qarşı birtərəfli sanksiyaları pisləyir.

Az.rasthaber.com AA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada İran XİN başçısı Hüseyn Əmir Abdullahiyanla keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

Biz İrana qarşı birtərəfli sanksiyalara qarşı olmuşuq və bu sanksiyaları təqdir etmirik“, – deyə Çavuşoğlu qeyd edib.

Türkiyəli nazir rəsmi Tehranla olan “nüvə sazişinin” bərpa ediləcəyinə və bütün maraqlı tərəflərin bu istiqamətdə lazımi addımları atacağına ümidini ifadə edib. Onun fikrincə, hadisələrin bu cür gedişatı bütün regionun xeyrinə olacaq.

Türkiyə-İran iqtisadi münasibətlərinin inkişaf perspektivlərinə toxunan Çavuşoğlu bildirib ki, rəsmi Ankara ikitərəfli ticarət həcminin genişləndirilməsi üçün daha çox işlər görmək niyyətindədir.

O əlavə edib ki, iki ölkə arasındakı münasibətlər tarixi köklərə malikdir.

Türkiyə XİN başçısı deyib ki, ölkəsi İranla bütün sahələrdəki münasibətlərin gələcək inkişafında tam qətiyyətlidir.

Çavuşoğlu qeyd edib ki, Abdullahiyanla danışıqları zamanı regional problemlərlə yanaşı, terrorçuluqla mübarizəyə dair məsələlər də gözdən keçirilib.

Türkiyə və İran terrorçuluqla mübarizədəki əməkdaşlığı davam etdirməlidir, çünki terrorçuluq bizim ortaq düşmənimizdir“, – deyə o vurğulayıb.

İranlı nazir isə, öz növbəsində, bildirib ki, tərəflər bir çox sahədəki münasibətlərin inkişafı üzrə yol xəritəsini müzakirə ediblər.

İslam313.info