Əfqanıstanda “Taliban”ın hakimiyyəti ələ keçirməsindən sonra ölkədə artan yoxsulluq səbəbindən ərzaq ehtiyaclarını ödəyə bilməyən ailələr uşaqlarını satırlar.

Yeniavaz.com xəbər verir ki, ailələrin övladlarını 1000-3000 dollar arası qiymətə satışa çıxardıqları bildirilir.
“Anadolu Ajansı”nın Əfqanıstanda apardığı araşdırmaya görə, bəzi ailələr övladlarını yaxınlarına satmaq istəyir, bəziləri isə alıcının kim olduğuna baxmadan pul qarşılığında satırlar.
Satışa çıxarılan Zinət adlı qız belə deyib:
“Çox qorxuram. Ancaq digər ailə üzvlərimi dolandırmaq üçün atam və anamın xahişini qəbul etməliyəm”.
Qeyd edək ki, son aylarda baş verən münaqişələr səbəbindən ölkədə xeyli sayda ailə öz evini tərk edib.