Mərhum meyxanaçı Vüqar Biləcərinin (Vüqar Paşayev) qəbirüstü abidəsi ucaldılıb.

“Report” xəbər verir ki, söz ustasının məzarı üzərində qorelyefi qoyulub.

Qeyd edək ki, V.Biləcəri 2004-cü ildə “De gəlsin” meyxana yarışmasında iştirakı ilə tanınmışdı. O, yazdığı şeir və qəzəlləri ilə bir çox insanların sevgisini və rəğbətini qazanıb.

V.Biləcəri ötən ilin avqustun 29-da 32 yaşında dünyasını dəyişib. O, Hökməli qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Xatırladaq ki, Vüqar Biləcəri Əhli-Beytə xüsusi sevgisi ilə tanınırdı və şeirlərində tez-tez bu mövzuya toxunurdu.