Azərbaycanın məşhur yazıçısı Rövşən Abdullaoğlunun daha bir kitabı beynəlxalq müsabiqədə uğur qazanıb.

Bu haqda məşhur yazıçı sosial şəbəkədə yazıb:

“Abaddon” romanını Amerikanın ˝Readers Favorite˝ beynəlxalq kitab müsabiqəsinə göndərmişdik.

Münsiflərin rəyi əsasında maksimum bal toplayaraq “beş ulduz” fərqlənmə nişanı ilə təltif edildiyini öyrəndik.

Bu, çox yüksək göstəricidir, final mərhələsində qələbə şansını artırır. Bununla artıq üçüncü kitabımdır ki, ˝beş ulduz˝ fərqlənmə nişanı alır.

˝Abaddon˝ ölkəmizdə də möhtəşəm oxucu rəyləri almışdı. Bütün uğurlara dəyərli oxucularım şərikdirlər.

Nə yaxşı ki, varsınız.

P.S. Bir məqamı da dostlarla bölüşüm: ˝Readers Favorite˝ fərqli mütəxəssislərlə əməkdaşlıq edir, bunlar tanınmış yazıçılar, redaktorlar, ədəbi tənqidçilərdir. Hər dəfə fərqli insandan dəyərləndirmə alırıq. Hətta “Bu şəhərdə kimsə yoxdur” romanına rəy verən yazıçı maraqlanıb “Relslər üzərinə uzanmış adam” romanını da oxuduğunu yazmışdı”.

Biz də İslam313.info ailəsi olaraq dəyərli yazıçımız Rövşən Abdullaoğlunu təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq.