Bakıda fəaliyyət göstərən daha bir marşrut xətti kart sisteminə keçir.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, səkkiz oktyabr tarixindən 114A və 114B nömrəli marşrut xətti (Pirəkəşkül və Müşfiqabad qəsəbəsi – “20 Yanvar” m/st) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Qeyd edək ki, daha öncə 160 nömrəli marşrut xətti (Bakı Beynəlxalq Avtovağzal Kompleksi – Lökbatan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda kart sisteminə keçib.