Afrika ölkələri və dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla uşaq sağlamlıq, təmiz su, təhsil və bir çox problemlərə görə, yüksək risk qrupuna aid edilib.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə UNICEF hesabat yayıb.

“İqlim Böhranı Uşaq Hüquqları Böhranıdır” başlığı ilə yazılan hesabatın uşaqların iqlim böhranı kontekstində yazılan ilk hesabat olduğu bildirilib. Məlumata görə, dünyada 2,2 milyard uşağın 1 milyardı sağlamlıq, təmiz su, təhsil və bənzər bir çox problemlərə qarşı-qarşıyadır. Belə ki, 820 milyon uşağın isti hava dalğalarına, 920 milyon uşağın isə su qıtlığına məruz qaldığı deyilib. 1 milyard uşağın isə hava çirkliliyinin təsiri altında yaşadığı vurğulanıb.