Çində ailələrin 3 uşaq sahibi olmasına icazə verən qanunda dəyişikliyin qəbul edildiyi bildirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Çin” xəbər agentliyi məlumat yayıb. Ölkənin əsas siyasi orqanı olan Çin Kommunist Partiyası, 31 may tarixli iclasında üçüncü uşaq sahibi olmaq istəyən cütlüklərə dəstək olmağa qərar verib. Dəyişiklik, 1980 -ci ildə Pekin rəhbərliyinin əhalinin artımını idarə etmək üçün qəbul etdiyi “bir uşaq” siyasətindən geri dönüşü ifadə edir.

Qeyd edək ki, Çin hökuməti 2013-cü ildə tək uşaqlı ailələrə ikinci uşaq sahibi olmağa icazə verərək siyasətini genişləndirmişdi.