Sabahdan Bakıda 161 nömrəli müntəzəm marşrut xətti “Bakıkart”a inteqrasiya olunacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli məlumat paylaşıb.

O bildirib ki, bu günə qədər müntəzəm marşrut xətləri üzrə istismarda olan avtobusların 69 %-i “Bakıkart”a keçib.

Qeyd edək ki, 30.07.2021-ci il tarixindən 92 nömrəli marşrut xətti (Binəqədi qəsəbəsi – “Memar Əcəmi” m/st ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsi ilə edilir.