“İxtisas seçimi zamanı abituriyentlər balları yox, hansı sahədə oxumaq, işləmək istəklərini nəzərə alsınlar”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, valideynlər övladlarının onların istədiklərini yazmasını tələb edirlər: “Amma valideynlər övladlarını eşitsinlər ki, gələcəkdə problem yaşamasınlar. Hansı ixtisası istəyirlərsə, onu yazsınlar”.