2020-ci ildə dünyada hər dəqiqə 11 nəfər aclıqdan, 7 nəfər isə koronavirusdan (COVID-19) ölüb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə mərkəzi Böyük Britaniyanın paytaxtı Londonda yerləşən “Oxfam” beynəlxalq yardım təşkilatının “Aclıq Virusu Yüksəlir” adlı hesabatında bildirilir.

Sənədə əsasən, ötən il acından ölənlərin sayı əvvəlki illə müqayisədə təxminən 6 dəfə çox olub. Kəskin artıma səbəb kimi qlobal istiləşmə, pandemiya ilə əlaqədar ərzaq qiymətlərinin 40% artması göstərilir.

Demokrat.az