ABŞ alimlərinin keçirdiyi araşdırmanın nəticəsində kitab oxumağın insana verdiyi misilsiz faydalar üzə çıxıb.

Deyerler.org-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, alimlərin keçirdiyi tədqiqat nəticəsində məlum olub ki, kitab oxumaq təkcə beyin aktivliyini artırmır həm də ömrü uzadır. Bu tədqiqatda yaşı 50-dən çox olan 3600 nəfər iştirak edib. Nəticədə məlum olub ki, gündə yarım saat kitab oxumaq 2 il ömrü artırır.