Taliban hökuməti, “Əfqan gənclərini yoldan çıxartdıqları üçün” Tik-Tok tətbiqini və “PUBG” oyununu qadağan edib.

İslam313.info SalamNews-a istinadən xəbər verir ki, Taliban hərəkatının sözçüsü İnamulla Samanqani “Tik Tok”un qadağan edilməsi qərarının, Çinin “ByteDance” şirkəti tərəfindən təqdim edilən adıçəkilən tətbiqin “gənc nəsli azdırdığı” üçün verildiyini söyləyib.

O twitter səhifəsində yazıb ki, bu tətbiqin ehtiva etdikləri “İslam şəriət qanunlarına uyğun gəlmir.”

İmanuulla Səmənqaninin sözlərinə görə, hökumət (Taliban) həmçinin Cənubi Koreyada bir şirkət tərəfindən hazırlanmış “PUBG” oyununun qadağan edilməsi ilə bağlı qərar verib.

“Tik-Tok tətbiqi ilə bağlı çoxlu şikayətlər almışıq”, deyə o əlavə edib ki, məsələ ilə bağlı hökumətin Rabitə və İnfirmasiya Texnologiyaları Nazirliyinə bu proqramların dayandırılması haqda tapşırıqlar verilib.

İslam313.info