Ukraynanın Vinnisk əyalətinin 10 yaşlı sakini İra Ximiç qocalıqdan ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, uşağın ölümü barədə onun anası özünün feysbukdakı səhifəsində bildirib.

“İra öldü. Dünən onun ürəyi dayandı. Günəşim bağışla ki, bu dəfə səni xilas edə bilmədik”, – qadın sosial şəbəkədəki hesabında yazıb.

Qız proqeriya – nadir sağalmaz genetik xəstəlikdən əziyyət çəkib. Xəstəlik həmçinin Hatçinson-Qilfor sindromu kimi məşhurdur.

Bu xəstəlikdən əziyyət çəkən insanlarda orqanizmin vaxtından əvvəl qocalması ilə şərtlənən dərinin və daxili orqanların dəyişiklikləri baş verir. Körpə bir neçə ay normal inkişaf edir, amma sonra onun qocalması prosesi dəfələrlə sürətlənir.

Hərçənd uşaq proqeriyası anadangəlmə də ola bilər, adətən onların əksəriyyətində kliniki əlamətlər iki-üç yaşda ortaya çıxır. Uşağın fiziki artımı kəskin yubanır, dəri nazikləşir, quru olur və qırışır.