Bakının Xətai rayonunda Vətən müharibəsi şəhidi Rzayev Vüsal Tofiq oğlunun adına olan bulağın açılışı olub.

“Report” xəbər verir ki, anım mərasimində şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri və digər ictimaiyyət üzvləri iştirak ediblər.

Qeyd edək ki, şəhid Vüsal Rzayev 1996-cı il aprelin 14-də Şabran rayonunda anadan olub. 2016-cı ildə aprel döyüşlərinin də iştirakçısı olan qəhrəman Vətən müharibəsində oktyabrın 14-ü Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.

O, Ali Baş Komandan tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Füzuli uğrunda” medalları ilə təltif olunub.