ABŞ-ın Milli Yuxu fondunun alimləri yuxunu yaxşılaşdırmağa kömək edəcək yeddi payız qidasını sıralayıb. Tədqiqatçılar diqqəti insanların tez-tez özlərini qəmli və stresli hiss etmələrinə çəkib. Bu vəziyyətdə insanlar axşamlar vaxtını çarpayıda uzanmaqla rahat vəziyyətdə keçirməyə meyilli olur. Mütəxəssislər yuxuya getməyə kömək edəcək qidalardan danışıb.

“Deyerler.org”un lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu qidalardan biri badamdır. İçindəki maqnezium insana sakitləşdirici təsir göstərir. İkinci qida kimi almanı qeyd edtmək olar. Almalarda yüksək miqdarda C vitamini var, bu da qan şəkərini və qan təzyiqini aşağı salmağa və nəfəs almanı yaxşılaşdırmağa kömək edə bilər. Şirin kartof, dərin yuxuya getməyə kömək edən liflə zəngindir. Yatmaq üçün faydalı olan qidalardan biri də hinduşkadır. Ətin tərkibində yüngül sakitləşdirici xüsusiyyətlərə malik olan triptofan var. Bu sırada şirin qarğıdalını da qeyd etmək olar. Melatoninin yüksək olması səbəbindən qarğıdalı yuxusuzluqdan əziyyət çəkənlər üçün çox vaxt tövsiyə olunur. Amerikalı qidalanma üzrə mütəxəssisi Samanta Kessetti bildirib ki, qoz yatmağa daha yaxşı kömək edən qidadır.