İŞİD terror təşkilatı 17 nəfərin ölümü ilə nəticələnən hücumu üzərinə götürüb.

İslam313.info bu barədə Sputnic.Arabic-ə istinadən məlumat verir.

Terror qruplarının onlayn fəaliyyətini izləyən “SITE Intelligence Group” qeyri-hökumət təşkilatının direktoru Rita Keyts Twitter-də yazıb: “Mərkəzi Afrika bölgəsindəki İŞİD qruplaşması şəhərdəki kilsədə baş verən ölümcül partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. İŞİD, döyüşçülərinin bu kilsəyə bomba yerləşdirərək partlatdığını, bir neçə xristianı öldürüb və yaraladığını bildirib.”

Qeyd edək ki, Konqo Demokratik Respublikasının şimal-şərqində, Uqanda sərhədi yaxınlığındakı Kasindi şəhərində protestant kilsəsində törədilən partlayış nəticəsində 17 nəfər ölüb, 20 nəfər yaralanıb.

İslam313.info

By Admin