Pakistanın Peşəvər şəhərində məsciddə törədilən partlayış nəticəsində azı 32 nəfər ölüb, 147 nəfər yaralanıb. 

İslam313.info-nun “TASS”a istinadla verdiyi xəbərə görə, bu barədə bazar ertəsi “Geo-TV” kanalı milli təhlükəsizlik rəsmilərinə istinadən məlumat yayıb. 

Məlumata görə, kamikadze partlayıcı qurğunu polis əməkdaşları və hərbçilər də daxil olmaqla, insanların çox olduğu məsciddə günorta namazı zamanı işə salıb. 

Hadisə yerində xilasetmə əməliyyatı davam edir və qurbanların sayı arta bilər. Qeyd olunur ki, partlayış zamanı məsciddə 500-ə qədər adam ola bilərdi. 

Hücuma görə məsuliyyəti Pakistanda qadağan edilmiş “Təhriki-Taliban Pakistan” qruplaşması öz üzərinə götürüb. 

Pişəvər hakimiyyəti şəhərin bütün xəstəxanalarında tibbi xidmət sahəsində fövqəladə vəziyyət elan edib, həmçinin xilasetmə təşkilatlarına fövqəladə tədbirləri gücləndirməyi tapşırıb.

İslam313.info

By Admin