Mövsümlə əlaqədar olaraq ən çox ünvanlanan suallardan biri də uşaqları xəstəliklərdən necə qorumaqla bağlıdır. Ümumiyyətlə xəstəliklərdən qorunmaq xəstəliyi müalicə etməkdən daha asandır.

Qışda hava, damcı yolu ilə keçən xəstəliklər artmaqdadır. Bu o deməkdir ki, biz xəstələndiyimizdə öskürməklə, asqırmaqla çox sayda viruslar havaya yayılır. Bu havanı evdəki digər insanlar qəbul etdiyi zaman xəstəliyə yoluxma riski artır. Ona görə də xəstə adamı izolə etmək lazımdır. Ayrı otağa keçməli, qapısı bağlı olmalı, otağın havası tez-tez dəyişdirilməlidir. Digər ailə üzvlərindən maksimum təmas saxlanılmalıdır.

Xəstəliklərdən qorunmaq üçün özəl bir dərmanlar yoxdur. Xəstəlik şübhəsi varsa uşaqlara çoxlu maye vermək lazımdır. Böyük uşaqdırsa vitamin C tərkibli meyvələr, tərəvəzlər vermək, bol maye qəbul edilməsi tövsiyə olunur. Burun axıntısı varsa spreylər, burun üçün damcılar istifadə oluna bilər.

Bütün bunlara əməl olunsa körpələri və azyaşlı uşaqları xəstəliklərdən qorumaq olar.

Uzman Dr. Pediatr-Neonatoloq Altay Abdullaoğlu