Lyamblioz – lyamblyanın (Giardia intestinalis) bağırsaqlarda yaratdığı qurd xəstəliyidir. Yoluxma parazitlə çirklənmiş qida və suyun ağız vasitəsi ilə qəbul olunması və insandan insana təmas yolu ilə olur. Uşaq bağçaları, məktəblər, uşaqların toplu şəkildə olduğu ictimai müəssisələrdə yoluxma riski daha yüksəkdir. Əksər hallarda heç bir simptom müşahidə olunmadan keçir. Bəzi hallarda qarında tutmaşəkilli ağrı, ürəkbulanma, halsızlıq, qarında köpmə hissi, sulu, pis qoxulu, yağlı nəcis ifrazı, ishal kimi əlamətlər ola bilir. Diaqnoz nəcisdə parazitin özünün və yaxud kistinin aşkarlanması ilə qoyulur. Parazitin nəcislə xaric olması fasiləli şəkildə olduğuna görə diaqnozun dəqiqləşdirilməsi üçün nəcis müayinəsinin təkrarlanması lazımdır. Qan analizi və ya başqa metodlarla (məsələn: xüsusi aparatlarla…) lyamblianın aşkarlanması və diaqnoz qoyulması doğru deyildir. Lyamblia paraziti ilə yoluxmuş insanda heç bir klinik əlamətlər yoxdursa, xəstənin müalicə olunmasına ehtiyac yoxdur. Əgər şikayətlər çox olarsa və nəcisin müayinəsində parazit aşkarlanarsa, parazit əleyhinə 5-7 günlük müalicə aparılır.

Əsas vurğulamaq istədiyim məqam budur ki; Hər qarnı ağrıyan, çəkisi az olan, səpgisi və allergiyasi olan uşağa bu diaqnozun qoyulması doğru deyil.

Qanda Lyambliya Ig(G) analizi pozitiv olduqda, lyambliya diqanozu qoyaraq aylarla dərman preparatları vermək doğru deyil.

Diaqnoz qoyulsa belə, uzun müddət 4-5 dərman preparatı verərək müalicə etmək olmaz. Bir dərman preparatının 5-7 gün verilməsi kifayətdir.

Bu halda bitki tərkibli dərmanlardan istifadəsi edilməməlidir.

Uzman Dr. Pediatr Neonatoloq Altay Abdullaoğlu

İslam313.info