Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, İordaniya Hafizlər Cəmiyyəti (İHC) müqəddəs Qurani-Kərimi tam şəkildə əzbərləyən ən gənc şagirdinin şərəfinə mərasim keçirib.

Cəmi 8 yaşı olan Fatimə əz-Zəhabi qısa müddət ərzində hafizi-Quran olmağı bacarıb.

Cəmiyyətin Baş direktoru Hüseyn əl-Əssaf tədbirdə çıxış edərkən bildirib ki, Quranı tam şəkildə əzbər bilən və cəmiyyət tərəfindən təltif olunmuş 10 yaşlı oğlan və qızlar var, lakin Fatimə bu cür erkən yaşlarda bu cür bir nailiyyət əldə edən ilk şəxsdir.

O, həmçinin uşaqlara Quran-Kərimi öyrədən müəllimlərin də xidmət və nailiyyətlərini də qeyd edib.

İHC 1990-cı ildə yaradılıb və İordaniyannı Vəqflər Nazirliyinə daxildir.

İslam313.info