İllər keçdikcə övlad tərbiyəsi daha da çətinləşir və valideynlər bu mövzuda çətinliklərlə qarşılaşır. Bu çətinliklərin əsas səbəbi valideynlərin bu mövzuda kifayət qədər məlumatlı olmamalarıdır.

İslam313.info Ailə və xüsusən də uşaq tərbiyəsi mövzusunda olan möhtəşəm bir kitabı sizə təqdim edir. Kitabın adı belədir: Bizim Digər Mənimiz. Bu mövzuda fərqli kitablar yazılıb. Bəziləri qərb mədəniyyətindən təsirlənərək yazılıb, bəziləri qısa araşdırma əsasında yazılıb və suallara tam olaraq aydınlıq gətirilməyib. Bu mövzulara bir neçə tərəfdən baxılır. Qeyd edildiyi kimi valideynin tərbiyə mövzusunda etdiyi səhvlərin çoxu onun bu barədə məlumatsız yaxud az məlumatlı olmasına görədir. Qısaca demək olar ki, valideyn çox zaman tərbiyəvi işlərini öz düşüncəsi ilə ölçür. Uşağın bunu necə başa düşdüyünü, necə reaksiya verəcəyini, bunun ona necə təsir göstərəcəyini düşünmür.

Kitabın bir ayrı yaxşı özəlliyi bundadır ki, valideynin etdiyin hərəkətlərin indi yaxud gələcəkdə göstərəcəyi nəticələrini hekayələrlə (bəzən real hadisələrlə) oxuculara izah edir. Kitab oxucuya həm problemi və həm də problemin həlli yollarını göstərir. Kitabı oxuyan valideyn illərdir etdiyi yanlış hərəkətləri başa düşür. Bəzən də illərdir etməli olduğu, amma etmədiyi hərəkətləri kitabda qeyd olunan hadisələr vasitəsilə başa düşür. Yəni valideyn bir növ özünü düzəldir, özünü tərbiyə edir. Elə bu cür də olmalıdır. Çünki valideyn üçün ideal olan atası və anasıdır.

Ümumilikdə Bizim digər mənimiz 13 kitabdır. Onun 4-ü bir cild formasında Sirac nəşrləri tərəfindən tərcümə edilərək nəşr olunub. Digər kitablar isə yaxın gələcəkdə nəşr olunacaq.

Gözəl, əməlisaleh, şəxsiyyətli övlad, sağlam cəmiyyət yetişdirmək istəyən hər bir valideynə bu kitab şiddətlə tövsiyyə olunur. Xoş mütaliələr !

İslam313.info