Məlum olduğu kimi bir müddət əvvəl Bakının Yeni Günəşli qəsəbəsində yenidən inşa olunan Fatimeyi Zəhra (s.ə) məscidinin açılışı olub.

Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak edib.

İslamazeri.com xəbər verir ki, bu gün 11 yanvar tarixində böyük mərcə təqlid müctehidlərindən olan Ayətullahül Üzma Nasir Məkarim Şirazinin rəsmi saytı makarem.ir-də məscidin açılışı ilə bağlı təbrik mesajı yayıb.

Bəyanatı olduğu kimi təqdim edirik:

“Allahın adı ilə
Salam və təhiyyətlə
Bu yaxınlarda öyrəndik, Allaha şükürlər olsun ki, Bakıda Həzrəti Fatimə Zəhra (s) adına olan məscid açılıb və orada camaat namazı qılınıb.
Azərbaycan Respublikası şiələrini və xüsusən də o bölgənin alimlərini təbrik edərkən bu məscidin yenidən qurulmasında, başa çatdırılmasında və açılışında əməyi olan Hər bir məsul şəxsə təşəkkür etməyi lazım bildik.

Nasir Məkarim Şirazi”

İslam313.info