Ayətullah Sistaninin ictimaiyyətlə görüşləri bərpa edilir. Bu barədə dekabrın 6-sı shia-news xəbər verib.

Məlumata görə, İraq şiələrinin ali lideri yenidən yerli və xarici qonaqları öz evində qəbul edəcək. Müctəhidin ziyarətinə düşmək istəyənlər əvvəlcədən alimin Nəcəfdəki ofisinə müraciət edə bilər.

Koronavirusun yayılmasından əvvəl yerli sakinlər və xarici zəvvarlar üçün Seyyid Sistaninin evində alimlə görüş təşkil olunurdu. Onlar müctəhidə suallar verir, ondan nəsihətlər alırdılar. Görüşün sonunda isə Ayətullah Sistaninin qonaqlarına gümüş xatirə sikkələri təqdim edilirdi. Lakin COVID-19-un yayılmasına görə 2020-ci ilin əvvəlindən Seyyid Əli Sistani ilə ictimai görüşlər dayandırılıb.

İslam313.info