Az.shafaqna.com xəbər verir ki, bu gün böyük mərcələrdən olan Ayətullah Əl Üzma Seyid Əli Sistani Kərbəlada İmam Hüseyn (ə) ziyarətgahına bağlı xəstəxanada onkoloji xəstəliklərdən müalicə alan bir qrup azyaşlını qəbul edib.

Görüş zamanı Ayətullah Sistani leykoz xəstəliyindən əziyyət çəkən Cənnət İmad Əbdülvəhhab adlı azyaşlı ilə söhbət edib.

Uşaqlarla birlikdə görüşdə xəstəxananın həkimləri də iştirak ediblər.

Ayətullah Sistani xəstəxananın rəhbərliyinə məzhəb və din ayrıseçkiliyi etmədən bütün iraqlılara göstərilən yüksək tibbi xidmətə görə təşəkkür edib.

İslam313.info