Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, irqçiliklə mübarizənin simvollarından biri olmuş Malkolm İksin qətlinə görə məhkum edilmiş 2 nəfərdən biri onillər sonra rəsmi şəkildə məhkəmə tərəfindən bəraət qazanıb.

83 yaşlı Məhəmməd Əziz 1965-ci ildə törədilmiş cinayətə görə həbs edilmişdi. Yaşlı müsəlman Nyu-York şəhərini məhkəməyə verərək ədalətsizlik nəticəsində həbsxanada keçirdiyi ömrünə görə onmilyonlarla dollar təzminat tələb etmək niyyətindədir.

Hakim işin yenidən gözdən keçirilməsi zamanı bəraətlə bağlı yekun qərar çıxararkən Əzizdən üzr istəyib. Məhkəmə Əzizin işinin qanun pozulmasının təcəssümü olduğunu və xalqın hüquq sisteminə olan etimadını sarsıtdığını etiraf edib

. Malcolm X.

“Mənim azadlıqdan məhrum edilməyimdə və bütöv bir ailəni ər, ata və babadan məhrum etməkdə əli olanlar məsuliyyətə cəlb edilməlidir”, – deyə Məhəmməd qeyd edib.

O, 40 milyon dollar təzminat tələbi ilə Nyu-Yorku məhkəməyə verəcək.

Analoji iddia 2009-cu ildə vəfat etmiş və əbəs yerə sözügedən cinayətə görə mühakimə edilərək həbs həyatı yaşamış Xəlil İslamın adından da qaldırılacaq.

Əziz 1985-ci ildə, İslam isə 1987-ci ildə şərti şəkildə azadlığa buraxılıblar. 2009-cu ildə Xəlil İslam vəfat edib. Bütün bu illər ərzində onlar məhkum edilərək həbs həyatı yaşamış cinayətkar hesab edilirdilər və yalnız indi onlar rəsmi şəkildə bəraət qazana biliblər.

Araşdırma zamanı müəyyən edilib ki, Manhettenin dairə prokurorluğu, polis və FTB hər iki şəxsə bəraət qazandıra biləcək mühüm dəlilləri yox edib.

İslam313.info