Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, İslam Əməkdaşlığı Təşkilatının (İƏT) baş katibliyi bu yaxınlarda Hindistanın Uttarakhand ştatında müsəlmanların soyqırım edilməsi ilə bağlı səsləndirilmiş ictimai çağırışları və bu ölkədəki digər aktiv islamofobiya halları ilə bağlı dərin narahatlığını bildirib.

İƏT bəyan edib ki, Hindistanda müsəlmanlara və onların ibadət məkanlarına qarşı arası kəsilməyən hücumlar, həmçinin bu ölkənin fərqli ştatlarında anti-müsəlman qərarların qəbulu tendensiyası və müsəlmanlara qarşı zorakılıq insidentlərinin artması Hindistanda islamofobiyanın artmasına dəlalət edir.

Təşkilat həmçinin sosial hindistanlı müsəlman xanımların ünvanına təhqirlərin yazılmasını və Karnataka ştatında təhsil alanlara tətbiq edilən hicab qadağasını da pisləyib.

İƏT beynəlxalq ictimaiyyəti, məxsusən də BMT-ni Hindistandakı müsəlmanların hüquqlarının müdafiəsi üçün lazımi tədbirləri görməyə, Hindistanın özünü isə müsəlmanların təhlükəsizlik və əmin-amanlığını təmin etməyə çağırıb.

İslam313.info