Məhərrəm günlərində uşaqların əza saxlamasının mühüm işlərindən biri əzadarlıq zamanı valideynin davranış metodudur.

Valideynin səbirli olması uşağın hazırlıqlı olmasında təsirlidir. O, uşaqlar ki, tələsik hazırlaşırlar və ya valideynin əmri ilə üzləşirlər, bu məclislərdə iştirak etməyə istəksiz olurlar.

Həmçinin əzadarlıq məclislərində övladlarımıza anlayış göstərək və məclisdən sonra onların suallarına cavab verək. Bu məclislərdə uşaqlarla kobud davranmaqdan və təhqir etməkdən çəkinək.

Məhərrəmlik məclislərində iştirak edən uşaqlarda şövq yaranar və bu da səbəb olar ki, uşaqlar Kərbəla vaqiəsinin baş vermə səbəbi və İmam Hüseynin(ə) yaşayış tərzi ilə tanış olsunlar.

Bəzi valideynlər fikirləşirlər ki, uşaqların kiçik yaşlarında əzadarlıq məclisində iştirak etməsinə ehtiyac yoxdur və böyüyəndən sonra onları əzadarlıq məclisinə apararlar.

Bu yanlış düşüncədir, çünki əgər uşaqlar bu məclislərdə iştirak etməsələr və Kərbəla vaqiəsi ilə tanış olmasalar, sonradan onların bu məclislərə getməsi, çətinləşər.

Əslində uşaqların bu cür hüznlu məclislərdə iştirak etməsi, stressə düşməsinə səbəb olmaz, əksinə sevincli olmasının müqəddiməsini yaradacaq.

Ümumiyyətlə Aşura hadisəsi bir ailənin qəhramanlığıdır. İmam Hüseynin özü ailəsi ilə bahəm Kərbəlaya getdi. İmamın ailəsində az yaşlı uşaqdan tutmuş qoca kişiyə kimi adam var idi.

Kərbəlada hadisələr ki, baş verib, qızlar, uşaqlar və yeniyetmələr üçün böyük dərslər var. Ona görə də bu barədə uşaqlarımızı maarifləndirməliyik.

No description available.

İlahiyyatçı Ramil Əmirov
Kerbela.info