İslam313.info Az.rasthaber.com-a istinadən xəbər verir ki, hinduistlərin bayramı münasibəti ilə keçirilən tədbirlər zamanı məscidin yaxınlığında səsucaldan quraşdırılıb. Müsəlmanlar müqəddəs Ramazan ayında məscidin yanında yüksək səslə musiqinin qoşulması ilə bağlı narazılıqlarını ifadə ediblər. Qarşı tərəf müsəlmanların iradına aqressiya ilə cavab verib və məscidin yaxınlığında toqquşma törədiblər.

Daha sonra isə yerli hakimiyyə orqanları bir həmin ərazidəki bir neçə müsəlman ailənin evlərini uçurub. Həmin ailələrin əksəriyyəti isə yoxsul təbəqədəndir.

Yerli müsəlmanların lideri baş verənləri pisləyib və aqressiya aktlarının baş verməməsi üçün məscid ərazisində müşahidə kameraları quraşdırmağa çağırıb.

İslam313.info