İranın Lorestan əyalətinin Xorrəmabad şəhərində iğtişaşçılar gecə saatlarında məscidə molotov kokteyli atıblar.

Az.rasthaber.com Tasnim-ə istinadən xəbər verir ki, bu barədə Xorrəmabadın təhlükəsizlik mənbələri məlumat veriblər.

Bildirilib ki, ötən gecə Xorrəmabadda İmam Hadi (ə) məscidində yanğının baş verməsi ilə bağlı zəng daxil olandan sonra yanğınsöndürənlər əraziyə gediblər.

Məscidin içində xalçaların bəzisi, plakatlar, banerlər və digər əşyalar yansa da yanğının qarşısı alınıb.

Məlumata görə, ötən gün Fatimiyyə günləri ilə bağlı əzadarlıq mərasimi keçirilib və gecə saatlarında naməlum şəxslər məscidin içinə molotov kokteyli ataraq ona od vurmağa çalışıblar.

Bu şəxslərin axtarışı davam edir.

İslam313.info