Az.shafaqna.com “Anadolu”-ya istinadən xəbər verir ki, İsrail qüvvələri tərəfindən döyülən 80 yaşlı fələstinli kişi həyatını itirib.

İnsident İordan çayının Qərb sahilində yerləşən Ramallah şəhərinin yaxınlığında baş verib.

Bu barədə Cəldciliyə qəsəbəsinin administrasiya rəhbəri Fuad Fattum məlumat verib.

Onun sözlərinə görə, İsrail əsgərləri fələstinli baba Ömər Əbdülməcid Əsədi Qəlqəliyə kəndində keçirilən reyd zamanı döyüblər.

Kənd sakinləri yaşlı kişini yarıtikili evlərdən birinin döşəməsində aşkar ediblər və Ramallah xəstəxanasına çatdırıblar.

Həkimlərin bütün səylərinə baxmayaraq, ahıl fələstinlinin həyatını xilas etmək mümkün olmayıb.

İslam313.info