Az.shafaqna.com “Fars”-a istinadən xəbər verir ki, Yəmən ordusu və xalq könüllüləri Səudiyyə Ərəbistanı koalisiyasının mövqelərinə raket zərbələri endirib.

Bu barədə Yəmən Silahlı Qüvvələrini rəsmisi Yəhya Sərii məlumat verib.

Qeyd edilib ki, düşmənin mövqelərinə yerli istehsal olan 2 ballistik raketlə zərbə endirilib.

Onun sözlərinə görə, raket təyin edilən hədəfləri dəqiqliklə vurub, koalisiyanın onlarla muzdlu qüvvəsi məhv edilib və yaralanıb.

Sərii həmçinin bildirib ki, BƏƏ muzdlularının və İŞİD terrorçularının Şəbva və Məarib əyalətlərindəki genişmiqyaslı hücumları da dəf edilib. Çox sayda muzdlu və terrorçu məhv edilib.

İslam313.info