Vətən müharibəsi şəhidi gizir İxtiyar Əliyev dəfn edilib.

“Report”un Qərb bürosunun məlumatına görə, şəhid rayonun Goranlı kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, Goranboy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Baş prokurorluq Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçunun kimliyinin müəyyən edilməsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, şəhidin valideynlərinin istəyi ilə təkrar keçirilən DNT analizlərinin cavablarına əsasən şəhid olan hərbi qulluqçunun İxtiyar Əliyev olduğu təsdiq edilib.