Olimpiya Oyunlarının şüarı Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Yaponiyanın paytaxtı Tokioda keçirilən iclasında dəyişdirilib.

“Report”un məlumatına görə, bu, IOC prezidenti Tomas Bax tərəfindən təklif edilib.

Olimpiya şüarı belə səslənəcək: “Birlikdə – daha sürətli, daha yüksək və daha güclü”!

“Daha sürətli, daha yüksək, daha güclü” şüarı 1894-cü ildə təsdiqlənib. Tomas Bax bu dəyişikliyi əlamətdar hadisə hesab edib.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul – 8 avqustda keçiriləcək.