İordaniya hökuməti ABŞ-dan 12 ədəd F-16 qırıcı təyyarəsi almağa dair müqavilənin imzalandığını açıqlayıb.

İslam313.info xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin saytı vasitəsilə bəyanat verilib.

Bəyanatda deyilir: “Krallığın Hərbi Hava Qüvvələri Komandanlığı birinci mərhələdə 12 F-16 təyyarəsinin təhvil verilməsini ehtiva edən təyyarə alqı-satqısı müqaviləsi imzalayıb”.

Əlavə edilib ki, saziş “İordaniya Haşimilər Krallığının müdafiə qabiliyyətinin,  hərbi imkanlarının gücləndirilməsi, döyüş hazırlığının səviyyəsinin artırılması məqsədi daşıyır və dost Amerika tərəfi ilə birgə əməliyyatlar çərçivəsində həyata keçirilir”.

İslam313.info

By Admin