Avropa Parlamentinin Sepah-ı terror siyahısına daxil etməsi öz ayağına atəş açması deməkdir.”

İslam313.info İRNA-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Avropa İttifaqının Xarici siyasət üzrə Ali rəsmisi Jozep Borrellə telefon danışığında deyib.

Avropa Parlamenti nümayəndələrinin Sepah-a qarşı qətnaməyə düzəlişin lehinə səs verməsinə münasibət bildirən İran XİN rəhbəri Borrellə xitabən deyib ki, Aİ Parlamentinin bu addımı öz ayağını hədəfə almaq kimi bir şeydir.

“Təəssüflər olsun ki, bugün emosional bir qətamə layihəsinin çıxarılmasının şahidiyik. Aİ Parlamentinin bu addımı sərt, qeyri-peşəkar, siyasət və sivilizasiya məntiqi ilə ziddiyyət daşıyır. Biz dəfələrlə demişik ki, İslam İnqilabının Keşikçilər Ordusu bir rəsmi və hakimiyyət qurumudur və ölkənin milli təhlükəsizliyində, regionun təhlükəsizliyində, xüsusilə də terrorla mübarizədə mühüm və həyati rola malikdir”, deyə İran XİN rəhbəri Avropa İttifaqı Parlamentini bu emosional addımının mənfi nəticələri barədə düşünməyə çağırıb.

İslam313.info

By Admin