Tacikistanın prezidenti Emoməli Rəhmon İrana rəsmi səfərə gedib.

İslam313.info “SalamNews” a istinadən xəbər verir ki, İranın prezidenti İbrahim Rəisi bu gün Tehranda Tacikistanlı həmkarını qarşılayıb.

Rəsmi qarşılanma mərasimi Tehranın Sədabad sarayı kompleksində keçirilib.

Daha sonra tərəflər ikitərəfli görüşlərə başlayıblar.

Qeyd edək ki, Tacikistan prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti ötən gün Tehrana çatıb. Tərəflər qarşılılqı əlaqələrlə yanaşı Əfqanıstandakı vəziyyəti də müzakirə edəcəklər.

İslam313.info