“İran İslam İnqilabı Keşikçilər Ordusu dünyada terrora qarşı mübarizə aparan ən böyük qurumdur.”

İslam313.info İSNA-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani tvitter səhifəsində yazıb.

“İrqçi İsrail rejimi dünyada təşkilatlanmış ən böyük terrorçu mahiyyət olduğu halda Britaniya və Amerika rejimləri da onun ən böyük dəstəkləyənləridir. Dünyadakı terrorçular klubunun Sepah-a qəzəblənməsinin səbəbi də ona görədir ki, Sepah terrorçuluğa qarşı mübarizədə ən böyük qurumdur”, deyə Kənani əlavə edib.

İslam313.info

By Admin