Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə danışıqlarda maraqlı olmadığını bildirib.

“Bu danışıqlar mənim üçün maraqlı deyil. Onunla görüşmək, danışmaq mənə maraqlı deyil. Rusiyada kimin qərarlar qəbul etdiyini, həqiqətən də başa düşə bilmirəm”, deyə Zelenski Britaniyanın “SkyNews” telekanalına müsahibəsində bildirib. 

Ukrayna prezidenti əlavə edib ki, Rusiya xüsusi hərbi əməliyyatı başlayandan sonra Putin onun üçün “heç kim” olub.

Zelenski bir müddət öncə fərmanla Rusiya ilə danışıqları qadağan edib. 

“İslam313.info-nun “TASS”a istinadla verdiyi xəbərə görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha sonra bildirib ki, Moskva ilə Kiyev arasında danışıqların aparılması indi mümkün deyil, nə hüquqi nə də faktiki baxımdan.

İslam313.info

By Admin