“Europamapas” sorğu mərkəzi Avropa dövlətləri arasında ən vətənpərvər əhalisi olan ölkələrin siyahısını müəyyən edib.

Yeniavaz.com xəbər verir ki, məlumat “Europamapas”ın rəsmi “Instagram” səhifəsində dərc edilib.

Hazırlanan infoqrafikada Azərbaycan əhalisi öz vətəni uğrunda döyüşməyə hər an hazır olan Avropa ölkələri arasında ilk sırada qərarlaşıb.

İlk beşliyi 76 faizlə Gürcüstan, 74 faizlə Finlandiya, 73 faizlə Türkiyə, 62 faizlə Ukrayna tutub. Sonrakı yerləri isə Rusiya, Kosova, İsveç, Bosniya-Hersoqovina Yunanıstan kimi Avropa ölkələri öz aralarında bölüşdürüb.