Talibanın başçılıq etdiyi Əfqanıstan hökuməti Şahzadə Harrini öz xatirələrindən çıxarışlarda Əfqanıstanda hərbi xidməti zamanı 25 nəfəri öldürdüyünə dair açıqlamalarını kəskin pisləyib.

Islam313.info “SalamNews”a istinadən xəbər verir ki, bu barədə Taliban hökumətindəki Xarici İşlər Nazirliyinin sözçüsü Abdülqəhhar Bəlxi tvitter səhifəsində yazıb.

O, Şahzadə Harrinin bəyanatlarını tənqid edərək, yazıb:

“Əfqanıstanın Qərb tərəfindən işğalı həqiqətən bəşər tarixində mənfur bir andır və Şahzadə Harrinin şərhləri ağrılı təcrübənin pik nöqtəsini göstərir. Həmçinin onu göstərir ki, əfqanlar, günahsız yerə necə də məsuliyyət bilməyən işğalçı tərəfindən öldürülüblər.”

Həmçinin Əfqanıstan hökumətinin sözçüsü Bilal Kərimi də Britaniya şahzadəsini tənqid edib və twitter-dəki paylaşımında bunu yazıb:

“Bu cinayətlər yalnız Harriyə aid deyil, əksinə, işğal edilmiş hər bir ölkənin belə cinayətlərlə dolu bir tarixi var. Əfqanlar işğalçıların cinayətlərini heç vaxt unutmayacaq və onlar öz dinlərini və ölkələrini qorumaq üçün həmişə canlı məşəl olaraq qalacaqlar.”

Taliban hökumətinin Ənəs Həqqani və Suheyl Şahin kimi yüksək rəsmiləri də bu addımı kəskin pisləyib və Harrinin mühakimə edilməsini tələb ediblər.

Qeyd edək ki, Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan şahzadə Harri xatirələrində Əfqanıstanda xidməti vəzifəsini yerinə yetirərkən 25 nəfəri öldürdüyünü yazıb.

Islam313.info

By Admin