Ukraynanın daxili işlər naziri Denis Monastırski, onun birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç Kiyev yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində həlak olublar. 

İslam313.info-nun “TASS”a istinadla verdiyi xəbərə görə, bu barədə çərşənbə günü Ukrayna Milli Polisinin “Telegram” kanalında məlumat verilib.

“Qəza nəticəsində Daxili İşlər Nazirliyinin rəhbərliyi: nazir, nazirin birinci müavini və dövlət katibi həlak olublar”, deyə məlumatda deyilir. 

Ukraynanın “1+1” telekanalının Brovarı rayon polis idarəsinə istinadən verdiyi məlumata görə, helikopterin hər iki pilotu həlak olub. 

“Hər iki pilot həlak olub. Zərərçəkən uşaqlar var. Onların sayını dəqiqləşdirir”, deyə telekanal bildirib. 

Qəza nəticəsində 2-si uşaq olmaqla 16 nəfər həlak olub.

“Bu gün səhər saatlarında Dövlət Fövqəladə Hallar Xidmətinin helikopteri Brovarıda qəzaya uğrayıb. Ümumilikdə 2-si uşaq olmaqla 16 nəfərin həlak olub”, deyə polisdən bildirilib.

10-u uşaq olmaqla 22 nəfərin yaralandığı qeyd edilir. Bütün yaralılar xəstəxanaya yerləşdirilib. 

Çərşənbə günü Kiyev vilayətinin regional dövlət administrasiyasının rəhbəri Aleksiy Kuleba helikopterin uşaq bağçası və yaşayış binası yaxınlığında qəzaya uğraması barədə məlumat verib. Helikopter qəzaya uğradıqdan sonra partlayış səsi eşidilib və böyük yanğın başlayıb.

İslam313.info

By Admin