Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Mariya Əsləm yorulmaq bilmədən müqəddəs Qurani-Kərimin əzbərlənməsinin üzərində zəhmət çəkib.

Onun hafizlik yolu Suriyadakı ailələr üçün keçirilən ianə toplama üzrə xeyriyyə aksiyası üçün Yasin surəsini əzbərləməsi ilə başlayıb.

Mariyanın anası görüb ki, qızı olduqca tez öyrənir və ona hafiz olmaqda kömək etmək qərarına gəlib.

Mariya İslami biliklərin öyrənilməsinə gündə təxminən 5 saat ayırıb. Qızının motivasiyasını yüksək tutmaq üçün anası ona hər əzbərlənən Quran hissələrindən sonra hədiyyələr verib.

Jurnalistlərlə söhbət zamanı Mariyanın anası əzbərləmə prosesini böyük səbir tələb edən proses kimi təsvir edib.

2 illik fasiləsiz zəhmətlərdən sonra Mariya öz məqsədinə nail olub. 7 yaşında o, bütün Quranı əzbərləyib.

Hazırda 12 yaşı olan müsəlman qız başqalarına da Quranı öyrədir.

İslam313.info