Bugün “France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının sahibi müəyyənləşəcək.

“Qafqazinfo” xəbər verir ki, təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdə keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Mükafata əsas namizədlər Robert Levandovski (“Bavariya”), Lionel Messi (PSJ), Kərim Benzema (“Real”) və Kriştiano Ronaldo (“Mançester Yunayted”) göstərilir. Ümumilikdə isə “Qızıl top”a 30 futbolçu iddialıdır. 

İslam313.info