Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış Azərbaycan idmançılarının sayı 47-yə yüksəlib.

Milli Olimpiya Komitəsinin (MOK) mətbuat katibi Günay Malikqızının “Report”a verdiyi məlumata görə, vəsiqələrdən 9-u cüdo, 7-si güləş, 5-i bədii gimnastikanın qrup hərəkətləri üzrə komanda, 1-i fərdi çövnövçülük, 5-i boks, 3-ü karate, 3-ü atletika, 3-ü üzgüçülük, 2-si taekvondo, 2-si idman gimnastikası, 1-i ağırlıqqaldırma, 1-i güllə atıcılığı, 1-i şosse velosipedi, 1-i qılıncoynatma, 1-i badminton, 1-i triatlon, 1-i stend atıcılığı (vayld-kart) növlərində əldə edilib.

Bunlardan 4-ü lisenziya qazansa da, hələlik MOK-a təsdiq cavabı gəlməyib.

  1. Anna Skidan (Atletika – çəkicatma)
  2. Maksim Şemberev (Üzgüçülük – 400 m qarışıq)
  3. Mariya Stadnik (Qadın güləşi – 50 kq)
  4. Şərif Şərifov (Sərbəst güləş – 97 kq)
  5. Zöhrə Ağamirova (Bədii gimnastika – çoxnövçülük)
  6. Yelizaveta Luzan (Bədii gimnastika – qrup çoxnövçülük)
  7. Darya Sorokina (Bədii gimnastika – qrup çoxnövçülük)
  8. Məryam Səfərova (Bədii gimnastika – qrup çoxnövçülük)
  9. Ləman Əlimuradova (Bədii gimnastika – qrup çoxnövçülük)
  10. Zeynab Hummatova (Bədii gimnastika – qrup çoxnövçülük)
  11. Marina Nekrasova (İdman gimnastikası – qadınlar çoxnövçülük)
  12. İvan Tixonov (İdman gimnastikası – kişilər çoxnövçülük)
  13. Ruslan Lunyov (Güllə atıcılığı – 25 m məsafəyə kiçikçaplı tapançadan atəş açma)
  14. Elçin Əsədov (Velosiped idmanı – şosse)
  15. Milad Beigi Hərçəqani (Taekvondo – 80 kq)
  16. Nazim Babayev (Atletika – üç təkanla tullanma)
  17. Tayfur Əliyev (Boks – 57 kq)
  18. Hacı Əliyev (Sərbəst güləş – 65 kq)
  19. Hacımurad Hacıyev (Sərbəst güləş – 74 kq)
  20. İslam Abbasov (Yunan-Roma güləşi – 87 kq)
  21. Anna Başta (Qılıncoynatma – sablya)
  22. Elis Manolova (Qadın güləşi – 68 kq)
  23. Rafiq Hüseynov (Yunan-Roma güləşi – 77 kq)
  24. Fəridə Əzizova (Taekvondo – 67 kq)
  25. Rafael Ağayev (Karate – 75 kq)
  26. İrina Zaretska (Karate – +61 kq)
  27. Edi Reski Dviçayo (Badminton)
  28. Kəramət Hüseynov (Cüdo – 60 kq)
  29. Orxan Səfərov (Cüdo – 66 kq)
  30. Rüstəm Orucov (Cüdo – 73 kq)
  31. Murad Fətiyev (Cüdo – 81 kq)
  32. Məmmədəli Mehdiyev (Cüdo – 90 kq)
  33. Zelim Kotsoyev (Cüdo – 100 kq)
  34. Uşangi Kokauri (Cüdo – +100 kq)
  35. Aişə Qurbanlı (Cüdo – 48 kq)
  36. İrina Kindzerska (Cüdo – +78 kq)
  37. Rostislav Pevtsov (Triatlon)
  38. Cavid Çələbiyev (Boks – 63 kq)
  39. Lorenso Sotomayor (Boks – 69 kq)
  40. Alfonso Dominges (Boks – 81 kq)
  41. Məhəmməd Abdullayev (Boks – +91 kq)
  42. Firdovsi Farzaliyev (Karate – 67 kq)
  43. Emin Cəfərov (Stend atıcılığı) – vayld kart

Təsdiq olunmayıb, amma lisenziya qazanıblar:

  1. Alexis Kopello (Atletika – üç təkanla tullanma)
  2. Ramil Vəlizadə (Üzgüçülük)
  3. Əliş Nəzərov (Ağırlıqqaldırma – 109 kq) – universal vəsiqə
  4. Məryəm Şeyxəlizadə Xanqan (Üzgüçülük) – universal vəsiqə.

Qeyd edək ki, yekun siyahı iyulun 5-də müəyyənləşəcək. Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul – 8 avqustda keçiriləcək.