Taliban üzvləri üsyançıların daha çox fəal olduğu Pəncşir əyalətində sabiq ədliyyə nazirinin mənzili, ofisi və kitabxanasının yerləşdiyi binanı yandırıblar.

İslam313.info xəbər verir ki, bu barədə sabiq Əfqanıstan hökumətində Ədliyyə naziri olmuş Fazil Əhməd Mənəvi tvitter səhifəsində yazıb.

Həmçinin yerli mənbələr də bildiriblər ki, cümə günü səhərdən Pəncşirdə sabiq ədliyyə nazirinin beş mərtəbədən ibarət iqamətgahı yandırılıb və Taliban üzvləri bura yaxınlaşmağa imkan verməyiblər.

Ölkə xaricində olan sabiq ədliyyə naziri bildirib ki, binada olan kitabxanada dörd mindən çox kitab olub.

By Admin